09.12.2019

10 və 11-ci sinif şagirdləri arasında  inşa yazı müsabiqəsi keçirilib

          07 Dekabr 2019-cu il tarixdə Yevlax Şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə Lider Qadınlar İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, BMT-nin əməkdaşlığı və dəstəyi ilə “Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə” layihəsi üzrə  rayonunun  ümumtəhsil müəsisələrində oxuyan X-XI sinif şagirdləri arasında müəyyən olunmuş mövzularda inşa yazı müsabiqəsi keçirildi. İnşa yazı müsabiqəsində  rayun üzrə 40 tam orta məktəbdən ümumilikdə 50 nəfər X-XI sinif şagirdləri iştirak edirdi. Müsabiqəni  Şəhər Təhsil şöbəsi Metodkabinetinin drektor əvəzi Əli Quliyev açaraq iştirakçıları müsabiqənin şərtləri və mövzuların mahiyyəti haqqında geniş məlumatlandırdı.

         Sonra Yevlax Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Xaləddin Niftəliyev çıxış edərək bildirdi ki, bu cür müsabiqələrin keçrilməsi gənclərin milli təfəkkürünün inkişafında, dünya görüşünün və məntiqinin formalaşmasında xüsüsi əhəmiyyət kəsb edir. Müsabiqə iştirakçılarına təqdim olunan mövzular olduqca aktualdır. Hər bir müsabiqə iştirakçısına səlist, təmkinli və açıq zehinli olmağı tövsiyyə edir, sizlərə uğurlar arzulayıram.

          Təhsil Şöbəsinin metodisti Sabir Alıyev hazırlanmış inşa mövzularını şagirdlərə təqdim etdi. Bildirdi ki müsabiqənin nəticəsnə görə üç ən yaxşı inşa seçilərək   respublika mərhələsinə göndəriləcəkdir.


Açar sözlər: ,