10.12.2019

"Yol hərəkəti qaydalrı uşaqların gözüylə" adlı tədbir keçirilib

     09 dekabr 2019-cu il tarixdə rayonun Gülövşə kənd tam orta məktəbində "Yol hərəkəti qaydalrı uşaqların gözüylə" adlı tədbir keçirilib

Tədbirdə müəllimlər və  5-8-ci sinif şagirdləri iştirak edirdi. Məktəbin UTB rəhbəri Təranə Yusibova  giriş sözü ilə çıxış edərək keçirilən tədbirdə əsas məqsəd uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, yol hərəkəti qaydaları haqqında məlumatlılığın artırılması, ətraf mühitin nəqliyyatın zərərli təsirlərindən qorunması oldugu barədə ətraflı məlumat verdi.Sonra şagirdlər çəkdikləri  yol nişanları barədə şəkilləri nümayiş etdirdilər.

 


Açar sözlər: ,