11.12.2019

Məktəblərdə Ulu Öndər Heydər Əliyevin anım günü münasibətiylə silsilə tədbirlər keçirilib

         11 dekabr 2019-cu il tarixdə rayonun bütün ümumtəhsil məktəblərində Ulu Öndər Heydər Əliyevin anım günü münasibətiylə silsilə tədbirlər keçirilib.

Anım tədbirlərində şəhər Təhsil şöbəsinin əməkdaşları,rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, şagirdlər və valideyinlər iştirak edirdi. Keçirilən tədbirlər bir qayda olaraq Dövlət Himninin səsləndirilməsi və Dahi Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanıldı. Tədbirlərdə çıxış edənlər Ulu Öndərimizin şərəfli ömür yolundan, Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə iştirakçılara məlumat verdilər.

         Şagirdlər Ulu Öndər Heydər Əliyevə,vətənə ,bayrağa həsr olunmuş şeirlər söylədilər, mahnılar səsləndirdilər.Tədbirlərdə Ümummilli Liderə həsr olunan filmlər nümayiş olundu.


Açar sözlər: ,