16.12.2019

9-cu sinif şagirdlərinin diqanostiq qiymətləndirilməsinin 2-ci mərhələsi keçirildi

       14 dekabr 2019-cu il tarixdə ümumtəhsil məktəblərin 9-cu sinfində oxuyan şagirdlərin diaqnostiq qiymətləndirilməsinin 2-ci mərhələsi keçirilib.

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttiylə rayonun ümutəhsil məktəblərində oxuyan 9-cu sinif şagirdlərinin buraxılış fənləri üzrə imtahanlarının 2-ci mərhələsinə dair sınaq qiymətləndirilməsi keçirilib. İmtahan Azərbaycan və Rus bölmələri üzrə 3 fəndən -Azərbaycan dili (Rus dili), riyaziyyat və xarici dil (İngilis, rus, fransız ) fənlər üzrə aparılıb. Qapalı test üsuli ilə aparılan imtahanda 3 fənn üzrə şagirdlərə 90 sual təqdim olunub. Diaqnostiq qiymətləndirmə məqsədiylə keçirilən sınaq imtahanı rayon üzrə 9-cu sinifdə oxuyan 1559 nəfər şagirdi əhatə edib. İmtahanların daha səmərəli təşkil etmək məqsədiylə Şəhər Təhsil şöbəsi tərəfindən rayon ərazində 5 imtahan mərkəzi yaradılıb. Şəhər 2 nömrəli, Aran qəsəbə 2 nömrəli, Kövər, Xaldan və Balçılı kənd tam orta məktəblərdə təşkil edilən imtahan mərkəzlərinə Təhsil şöbəsinin əməkdaşları rəhbərlik ediblər.

      Ümumilikdə sınaq imtahanları şəffaf və obyektiv şəkildə keçirilib.