19.12.2019

İrəvanlı qəsəbə tam orta məktəbində " Dəyirmi masa" keçirilib 

        13 dekabr 2019-cu il tarixdə  İrəvanlı qəsəbə tam orta məktəbində Bullinq anlayışının formalaşdırmaq və qarşısını almaq məqsədiylə dəyirmi masa təşkil edilib.

Dəyirmi masada məktəbin direktoru Arzu Qədirova, müəllimlər və məktəbin 5,6 və 7-ci sinif şagirdləri iştirak edirdi. Tədbirin təşkilatçısı məktəbin bialogiya müəllimi Aysel İbrahimova çıxış edərək bullinqin növləri, formalaşması və ondan qorunma yolları barədə iştirakçılara ətraflı məlumat verdi.Sonra bullinqlə baglı şagirdlərə "Mənimlə danış" adlı video-çarx təqdim olundu. Şagirdlər video-çarxda göstərilən mövzunun məqsədini, mahiyyətini və düşünməli mövzuları analiz edərək  fikirlərini bildirdilər.


Açar sözlər: ,