20 dekabr 2019-cu il tarixdə S.Vurğun adına şəhər 5 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib.
Tədbirdə Yevlax şəhər polis şöbəsinin rəisi polis polkovniki Elnur Mehdiyev, Səfərbərlik Xidmətininin Yevlax rayon şöbə rəisi polkovnik leytinat Elməddin Cəfərovun, məktəbin direktoru Zərxanım Əhmədova, müəllimlər və yuxarı sinif şagirdləri iştirakı edirdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə açıq elan edilən tədbirdə ilk olaraq məktəbin direktoru Z.Əhmədova çıxış edərək qonaqları tədbir iştirakçılarına təqdim etdi. Polis şöbəsinin rəisi polis polkovniki E. Mehdiyev çıxış edərək 3 mövzu üzrə: “Narkonik vasitələrin törətdiyi fəsadlar”, “Erkən nigah” və “Dini radikalizm” barəsində iştirakçılara ətraflı məlumat verdi. Məktəbin biologiya müəllimləri S.Quliyeva, L.Kazmova və N.Musayevanın təşkilatçılığı ilə şagirdlərin ifasında narkotik vasitələrin törətdiyi fəsadlardan, zərərli vərdişləri təblig edən səhnəciklər göstərildi. Video roliklər nümayiş edildi . Sonda isə şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırıldi.