28.12.2019

İ.Nəsiminin 650 illik yubleyi ilə əlaqədar tədbir keçirilib

        28 dekabr 2019-cu il tarixdə şəhər 8 nömrəli tam orta məktəbdə İ.Nəsiminin 650 illik yubleyi ilə əlaqədar tədbir keçirilib.

Məktəbdə təşkil edilən tədbirdə məktəbin rəhbər işçiləri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak edirdi. Tədbirin təşkilatçısı məktəbin Azərbaycan dili - ədəbiyyat müəllimi Türkan Məmmədzadə çıxış edərək Azərbaycanın dahi şairi İmaməddin Nəsiminin anadan olmasının 650 illik yubleyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  izaladığı fərman və sərəncamda klassiklərimizin irsinin ölkəmizdə və bütün dünyada tanıdılmasının əsas məqsəd daşıdığını və Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir, şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğu vurğuladı.Məktəbin 6-cı sinif şagirdləri dahi şairin şeirlərini oxudular, qəzəllərini söylədilər və "Nəsimi" filmindən bir neçə kompozisiyalar nümayiş etdirdilər.


Açar sözlər: ,