29.12.2019

31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü ilə əlaqədar  bayram tədbirləri keçirilib

          28 dekabr 2019-cu il tarixdə Kövər, Yəldili və Əkşəm kənd tam orta məktəblərdə 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni illə əlaqədar  bayram tədbirləri keçirilib.

Bayram tədbirlərində şəhər Təhsil şöbəsinin nümayəndələri, məktəblərin müəllim və şagird kollektivləri və valideyinlər iştirak edirdi. Çıxış edənlər  31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü keçirilməsinin tarixi əhəmiyyəti barədə ətraflı məlumatlar verdilər. Tədbirlərdə bayramın əsas personajları olan Şaxta baba və Qar qız da iştirak edirdilər.Onlar şagirdləri Yeni il bayramı münasibətiylə təbrik etdikdən sonra 5 yaşlılara və 1-ci sinif şagirdlərinə bayram sovqatı payladılar.Tədbir şagirdlərin hazırladıqları rəngarəng səhnəciklər, mahnılar və şeirlərlə davam etdirildi.S

 


Açar sözlər: ,