30 dekabr 2019-cu il tarixdə rayonun bütün ümumtəhsil müəssisələrində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni illə əlaqədar bayram tədbirləri keçirilib.
Bayram tədbirlərində Şəhər Təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər, şagirdlər və valideyinlər iştirak edirdi. Çıxış edənlər 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü keçirilməsinin tarixi əhəmiyyəti barədə ətraflı məlumatlar verdilər. Şagirdlər tarixi gün və yeni illə baglı şeirlər söylədilər, mahnılar oxudular və rəqslər etdilər.