29 dekabr 2019 - cu il tarixdə Xaldan kənd kompleks tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi Həqiqət İbrahimova 9a sinfində Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poeması mövzusunda açıq dərs təşkil edildi. Açıq dərsdə - Məktəb rəhbərliyi və fənn müəllimləri, Yevlax Şəhər Təhsil Şöbəsinin Azərbaycan dili və Ədəbiyyat fənni üzrə metodisti Sabir Alıyev və digər məktəblərdən Azərbaycan dili və Ədəbiyyat müəllimləri iştirak edirdi. Dərsdə şagirdlər Unudulmaz şairin "Heydərbabaya salam" poemasına ideya xəttinə uygun olaraq təqdimatlar hazırladılar, əsəri təhlil etdilər, müasir dövrlə əlaqələndirdilər və yaradıcı işlərlə qruplarda çıxış etdilər. Müasir təlim vasitələrindən istifadə edilən dərsdə şagirdlər Şəhriyarın öz ifasında "Heydərbabaya salam" şeirini dinlədilər. Sonda "Açıq dərs" nümayəndələrin iştirakı ilə müzakirə edildi.