30 dekabr 2019-cu il tarixdə Şəhər Təhsil şöbəsində 31 dekabr Dünya Azərbaycanlılarını Həmrəyliyi Günü və Yeni illə əlaqədar bir neçə şagirdə bayram sovqatı verilib.
Təhsil şöbəsində təşkil edilən tədbirdə Təhsil şöbəsini müdir əvəzi Xaləddin Niftəliyev, ŞTŞ-nın məsləhətçisi Ümidvar Mamedov, Yevlax TİAHK-ın sədri Svetlana İsayeva və rayonu ümumtəhsil məktəblərində oxuyan 41 nəfər şəhid ailəsi, qəyyumluğa götürülmüş və hər iki valideyinini itirmiş şagirdlər iştirak edirdi.Tədbirdə çıxış edən Təsil şöbəsinin müdir əvəzi X.Niftəliyev şagirdləri bayram münasibəti ilə təbrik etdi və şəhid ailəsi, qəyyumluğa götürülmüş və hər iki valideyinini itirmiş şagirdlərə dövlət qayğısı daim diqqət mərkəzində olduğunu, bunun bariz nümunəsi kimi hər il rayonumuzda bu cür ailələrin məktəblərdə oxuyan övladlrına təhsil şöbəsi tərəfindən köməkliklər göstərildiyini vurğuladı.
Sonda təhsil işçiləri şagirdlərlə birlikdə onlar üçün hazırlanmış şirniyyat süfrəsinə əyləşdilər.