14.01.2020

Fənn olimpiadalarının birinci - rayon mərhələsi keçirilib.

        12 yanvar 2020-ci il tarixdə Yevlax Şəhər 2 nömrəli tam orta məktəbdə fənn olimpiadalarının birinci - rayon mərhələsi keçirilib.

Bilik yarışmasının ilkin mərhələsində rayonun bütün ümumtəhsil məktəblərindən 467 nəfər IX,X,XI, elece də xüsusi istedadı ilə seçilən VIII sinif şagirdləri iştirak etdilər. Şəhər Təhsil Şöbəsinin müdiri əvəzi Xaləddin Niftəliyev şagirdlər, valideynlər və müəllimlər qarşısında çıxış edərək fənn olimpiadalarında yeniliklərdən bəhs edərək olimpiadada birinci yer tutan şagirdlərin ali təhsil müəssisələrinə imtahansız qəbul olunacağını xüsusi vurğuladı.                Təhsil Nazirliyinin nümayəndəsi nəzarətçi müəllimlər üçün təlimati seminar keçdikdən sonra saat 10-00 da olimpiada öz işinə başladı və üç saat davam etdi.


Açar sözlər: ,