16.01.2020

20 yanvar faciəsinin ildönümü ilə bağlı məktəbdaxili inşa və rəsm müsabiqəsi keçirilib

         15 yanvar 2020-ci il tarixdə rayonun Qaraməmmədli və Aşağı Qarxun kənd tam orta məktəblərində 20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı məktəbdaxili inşa və rəsm müsabiqəsi keçirilib.

Məktəbdaxili keçirilən müsabiqələrdə yuxarı sinif şagirdləri iştirak edirdi.Tədbirlərdə ilk öncə çıxış edən məktəb rəhbərləri keçirilən müsabiqələr xalqımızın qanlı tarix səhfəsi olan 20 yanvar faciəsinin 30 cu il dönümünə həsr olundugunu, bu qanlı faciələrə törədənlərin xalqımızın tarixi düşmənləri  olduğunu,  20 yanvar faciəsi hər bir Azərbaycan vətəndaşının qəlbində daim yaşadıgını və bunun heç bir zaman unudulmayacağını  göstərmək məqsədiylə keçilrildiyi barədə ətraflı danışdılar.

         Sonda müsabiqələrdə qalib olan şagirdlərə məktəb direktorları tərəfindən təşəkkürnamələr təqdim edildi.  


Açar sözlər: ,