17.01.2020

20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı ümumtəhsil məktəblərində anım tədbirləri keçirilib

      17 yanvar 2020-ci il tarixdə rayonun bütün ümumtəhsil məktəblərində 20 yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilib.

Tədbirlərdə Şəhər Təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim-şagird kollektivləri və valideyinlər iştirak edirdi. Keçirilən anım tədbirləri Dövlət Himnini səsləndirilməsi ilə başlanıldıqdan sonra torpaqlarımızın azadlıqları uğrunda şəhid olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edənlər  20 yanvar faciəsini törədənlərin xalqımızın tarixi düşmənləri  olduğunu, dövlət müstəqilliyimizə qovuşmaq üçün öz canlarını fəda edən bu faciənin qurbanları hər bir Azərbaycan övladının qəlbində daim yaşadıgını və xalqımızın başına gətirilən bu cür müsibətlərdən tarixi nəticə çıxartmağımızı bildirdilər. Sonra məktəblilər 20 yanvar faciəsinə aid şeirlər söylədilər, kompazisiyalar nümayiş etdirdilər.

      Sonda qanlı yanvar faciəsinə aid şagirdlərin hazırladıqlar rəsm işlərinə və stendlərinə baxıldı.

 

 

 


Açar sözlər: ,