22 yanvar 2020-ci il tarixdə Yevlax Şəhər Təhsil Şöbəsində ümumtəhsil məktəblərinin qazanxana işçiləri üçün təlimati tədbir keçirildi.
Tədbirdə Təhsil şöbəsini müdir əvəzi Xaləddin Niftəliyev, Tərtər Regional Qaz İstismar İdraəsinin Yevlax Xidmət Sahəsinin əməkdaşı Mövsüm Cabbarov və məktəblərin qazanxana işçiləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Şəhər Təhsil şöbəsinin müdiri əvəzi X. Niftəliyev acaraq bu təlimatı tədbirin keçirilməsinin əsas səbəbi 09 yanvar 2020-ci il tarixdə saat 03:15-də Yevlax şəhər 1 nömrəli tam orta məktəbə məxsus qazanxanada qaz sızmasından partlayış hadisəsi baş verməsi, hadisə zamanı məktəbdə gözətçi işləyən Ramiz Quliyev sifət və əl nahiyələrindən yanıq xəsarətləri alması hadisə ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 13.01.2020-ci il tarixli 03-14-27/13 nömrəli məktubla Respublikanın bütün Təhsil Şöbələrinə belə hadisələrin baş verməməsi üçün tədbirlər görülməsi tövsiyəsi ilə əlaqədar olduğunu bildirdi. Həmçinin məktəb direktorlarına və qazanxana işçilərinə bununla bağlı məsuliyyətlərinin artırılması barədə tövsiyələrini verdi.
Tərtər Regional Qaz İstismar İdraəsinin Yevlax Xidmət Sahəsinin əməkdaşı, təcrübəli mütəxəssis M.Cabbarov qazanxana işçilərini təlimatlandırdı.