12 fevral 2020-ci il tarixdə rayonun Aran qəsəbə 2 nömrəli və Qaramanlı kənd tam orta məktəblərdə Corona virusla bağlı maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə məktəb direktorları, müəllimlər, kənd sahə həkimləri və şagirdlər iştirak edirdi. Çıxış edən sahə həkimləri Çində aşkar olan təhlükəli corona virusu və onun fəsadları barədə ətraflı məlumat verdilər. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Corona virusuna görə dünyada fövqəladə vəziyyət elan etdiyini. Bu günə qədər olan məlumata görə 7834 nəfərin bu virusa yoluxduğunu, onlardan 7736-sının Çində olduğunu və 170 nəfərin həyatını itirdiyini diqqətə çatdırıldı.
Sonda şagirdlərə bu virusdan qorunmağının yollarını, gigiena qaydalarına düzgün əməl edilməsi, adi qripə yoluxma halı olduqda belə gigienik maskalardan istifadə olunmasını və qidalanmaya düzgün riayyət edilməsini tövsiyyə edildi.