20 fevral 2020-ci il tarixdə Şəhər Təhsil Şöbəsində məktəb direktorlarının və təhsil işçilərinin iştirakı ilə növbəti Şura iclası keçirildi.
İclasda Şuranın yeni tərkibi seçilmiş, “14 fevral 2019-cu il tarixində Yevlax rayonu ümumitəhsil məktəblərinin 9-cu sinif şagirdləri ilə keçirilmiş sınaq qiymətləndirmənin nəticələri”, “Yevlax şəhəri 2, 6, 8 və 10 nömrəli tam orta məktəblərin 5 və 6-cı siniflərində Ana dili, Riyaziyyat və Xarici dil fənləri üzrə təhsilalanların bilik və bacarıqlarının monitorinqi”, “Şəhər 2 və 5 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən “Xüsusi siniflər”də tədrisin vəziyyəti” və “Fənn olimpiadalarının rayon mərhələsinin nəticəsi” barədə məsələlər müzakirə olundu.Sonda müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul edildi.