20.02.2020

Gənc fəal müəllimlərlə görüş keçirilib

        19 fevral 2020-ci il tarixdə şəhər Təhsil Şöbəsində Regional İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə Gənc fəal müəllimlərlə görüş keçirilib.

        ŞTŞ-nin akt zalında keçirilən görüşdə Təhsil şöbəsinin əməkdaşları Mirtaleh İsmayılzadə və Ümidvar Mamedov,RİB-in nümayəndəsi Elmir Həsənov və ümumtəhsil məktəblərində çalışan 40 nəfər gənc fəal müəllim iştirak edirdi.Görüşdə RİB-in nümayəndəsi E.Həsənov çıxış edərək Heydər Əliyev fondunun dəstəyi ilə yaradılmış Regional İnkişaf İctimai Birliyinin regionlarda həyata keçirdiyi layihələr və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi.Tədbirin keçirilməsində məqsəd gənc fəal müəllimləri  RİB-in həyata keçirdiyi layihələr barədə məlumatlandırmaq onların çalışdıqları məktəblərdə bu tipli layihələrin həyata keçirilməsində yaxından iştirak etmək.

      Sonda iştirakçıları maraqlandıran suallara cavab verildi.

 


Açar sözlər: ,