05.03.2020

Yevlax Şəhər Təhsil Şöbəsi üzrə bütün ümumi təhsil müəssisələrində dezinfeksiya işləri və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Yevlax rayounun Rüstəmli,Qaraməmmədli,Nəmərli,Kövər,Malbinəsi,Qoyunbinəsi,Səmədabad,Aran-2,Yuxarı Qarxun kənd tam orta məktəblərində dezinfeksiya işləri aparılıb və digər qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Təhsil Nazirliyinin 24 fevral 2020-ci il tarixli məktubuna əsasən Yevlax rayon bütün ümumi təhsil müəssisələrində məktəb kollektivi, şagirdlər və valideynlər arasında maarifləndirmə işləri aparılıb, kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması tapşırılmışdır. Məktəb rəhbərliyi tərəfindən mövsümi respirator xəstəlik əlamətləri müşahidə olunan şagirdlərin ərazi üzrə poliklinikalara yönləndirilməsinə nəzarət artırılıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın qərarına əsasən dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin keçirilməsi məqsədilə 2020-ci ilin martın 3-dən 9-dək bütün ümumi təhsil müəssisələrində tədris prosesi dayandırılmışdır.

 

Bu müddət ərzində bütün ümumi təhsil müəssisələrində dezinfeksiyaedici tədbirlərin mütamadi olaraq davam etdirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,