02 aprel 2020-ci il tarixdə bir neçə məktəblərin müəllimləri onlayın dərslərini davam etdiriblər.
Şəhər 1,3,4,6,7,8, Aran 2 nömrəli , Qoyunbinəsi, Malbinəsi,Balçılı, Varvara və Qaramanlı kənd tam orta məktəblərin müəllimləri onlayın dərslər keçiblər.Dərslər 1-11-ci sinif şagirdlərini əhatə edib.
Məlum olduğu kimi, ölkədə karanovirus pandemiyası səbəbindən tədris dayandırılmışdır. Bununla əlaqədar olaraq müəllimlər məsafəli təhsil proqramı vasitəsilə şagirdlərə müxtəlif üsullarla yeni mövzu və tapşırıqlar verirlər ki, onlar dərslərindən geri qalmasınlar, öyrəndiklərini unutmasınlar.