21.04.2020

Yevlax müəllimləri Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın qanvermə təşəbbüsünə qoşulublar

      20 aprel 2020-ci il tarixdə Yevlax müəllimləri Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın qanvermə təşəbbüsünə qoşulublar.

      İrsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara yardım etmək məqsədiylə təşkil edilən qanvermə aksiyasında könüllü olaraq şəhər məktəblərindən yüzdən artıq gənc müəllim iştirak edirdi.Aksiyada Şəhər Təhsil şöbəsinin müdiri Namidə Abbasova və şöbənin əməkdaşlarıda iştirak edirdi. Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Aksiya günün sonuna qədər davam etdirilib.