Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönmünə həsr olunmuş şagirdlər arasında "Ən yaxşı təqdimat" müsabiqəsi onlayn formatda keçirilib.
Rayonun ümumtəhsil məktlərinin 9-11ci sinif şagirdlərinin iştirak etdiyi müsabiqədə tam və ümumi orta məktəblərinin hər birindən bir nəfər olmaqla 49 şagird onlayn müsabiqədə iştirak edirdi. Təhsil nazirinin 19 fevral 2020-ci il tarixli F-115 nömrəli əmrinə müvafiq olaraq işçi qrupu və münsiflər heyyəti yaradılıb. Münsiflər heyyəti şagirdlərin onlayın təqdimatlarını dinlədikdən sonra meyarlara uyğun olaraq seçilən bir şagird müsabiqənin Respublika mərhələsində iştirak etmək hüququ əldə etdi.