26.05.2020

28 May Respublika günü münasibətiylə tarix müəllimləri arasında onlayn "Breyn ring" bilik yarışması keçirildi

       26 may 2020-ci il tarixdə 28 May Respublika Günü münasibətiylə tarix müəllimləri arasında onlayn "Breyn ring" bilik  yarışması keçirildi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci il dönümü münasibətiylə Şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə rayonun 49 ümumtəhsil müəssisələrindən seçilən  tarix müəllimləri arasında onlayn "Breyn rinq" bilik yarışması keçirildi.

      Yışma Zoom proqramı vasitəsiylə keçirilirdi.Təhsil şöbəsinin əməkdaşları Mirtaleh ismayılzadə və Ümidvar Mamedov tərəfindən aparılan yarışma 3 tur ibarət idi.Hər turda müəllimlərə 12 sual səsləndirildi.Verilən vaxt ərzində suallara ən tez və düzgün cavab verən iştirakçı aktivinə xal yazdırmış olurdu.Final mərhələsində başa-baş aparılan mübarizədə Əcəmi kənd tam orta məktəbin tarix müəllimi Musabəyli Nicat Xaləddin oğlu suala daha tez və düzgün cavab verərək yarışın qalibi seçildi.

      Finalçılar Şəhər Təhsil şöbəsi tərəfindən Fəxri Fərmanla təltif ediləcəkdilər.


Açar sözlər: ,