31.05.2020

9 və 11-ci sinif şagirdləri üçün növbəti onlayın sınaq imtahanı keçirildi

      31 may 2020-ci il tarixdə Şəhər Təhsil şöbəsi tərəfindən 9 və 11-ci sinif şagirdləri üçün növbəti onlayın sınaq imtahanı keçirildi.

COVİD-19 infeksiyasının qarşısını almaq məqsədiylə Azərbaycan Respublikası Nazirlər Kabineti yanından yaradılmış operativ qərargahın ümumtəhsil məktəblərində təlim tərbiyə prosesinin sentyabr ayına kimi dayandırılması ilə əlaqədar Yevlax şəhər Təhsil şöbəsi  9 və 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq məqsədiylə onlayn sınaq imtahanı keçirib.Onlayın sınaq imtahanı buraxılış siniflərinin azərbaycan və rus bölmələri üzrə keçirilib. Şəhər Təhsil şöbəsinin əməkdaşları tərəfindən hazırlanıb, təşkil edilən imtahanda şagirdlər 2 saat vaxt ərzində üç fənn üzrə 75  qapalı test tapşırıqları verilib.

      Sınaq imtahanında rayonun ümumtəhsil məktəblərinin buraxılış sinifləri üzrə 2490 şagirdən 1821 nəfəri iştirak edirdi.Məlumat üçün bildiririk ki,karantin dövrü ərzində şəhər Təhsil şöbəsi tərəfindən buraxılış sinifləri üzrə keçirilən bu imtahan 3-cü onlayən sənaq imtahanıdır.

      Onlayın sınaq imtahanlarının keçirilməsi tədris ilinin sonuna qədər davam etdiriləcəkdir. 


Açar sözlər: ,