08.07.2020

Şəhər Təhsil şöbəsində virtual müşavirə keçirildi

       08 iyul tarixdə “2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” barədə məlumatları , eləcə də Təhsil Nazirinin müavini Məhəbbət Vəliyevanın rəhbərliyi ilə  "Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda keçirilmiş virtual müşavirədə səsləndirilən gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları məktəb rəhbərlərinin diqqətinə çatdırmaq üçün Yevlax ŞTŞ-nin işçiləri və məktəb rəhbərlərinin virtual konfransı keçirilib.

      Görüşdə məktəb direktorları ilə bərabər direktor müavinləri də iştirak edirdilər.

      Konfransda ŞTŞ-nin müdiri Namidə Abbasova koronavirus pandemiyasının yaratdığı problemlərdən, mart ayının 3-dən başlayaraq təhsildə yaranan fasilədən ,vəziyyətdən çıxmaq üçün dövlətin atdığı addımlardan (Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş teledərslərdən, ,,Virtual məktəb” layihəsindən ), “Virtual məktəb” layihəsi üzrə yay aylarında nəzərdə tutulan fəaliyyətlərdən, layihənin müəllim və şagirdlər üçün yaratdığı imkanlardan ,yay tətili dövründə keçirilmiş mövzuların təkrar edilməsi ,kitab mütaliəsi,yay tapşırıqlarının verilməsi, teledərslərin videolarını izləməyin, fənn olimpiadalarının Respublika (final) turunda şagirdimizin qazandığı uğurdan söhbət açmış, gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları məktəb rəhbərlərinin diqqətinə çatdırmışdir.

      Sonra çıxış edən RTŞ metodkabinetin müdiri Xaləddin Niftəliyev növbəti tədris ilinə hazırlıq, mövcud vəziyyətin yarada biləcəyi çətinliklər və ona qarşı görüləcək tədbirlər haqqında fikir və mülahizələrini səsləndirmişdir.

Təhsil meneceri Tünzalə Həsənova Nazirlik tərəfindən təşkil olunmuş vebinar və təlimlərdə müəllimlərin aktiv iştirak edilməsini məktəb direktorlarına bildirmiş.Sonda məktəb direktorlarının gələn tədris ili ilə bağlı fikirləri dinlənilmiş və verilən suallar cavablandırılmışdır.


Açar sözlər: