01.09.2020

Məzunlarımız II və III qruplar üzrə 600 dən yuxarı bal toplayıblar

    2019-2020-ci tədris ilində rayonumuzun ümumtəhsil məktəblərinin məzunları II və III ixtisas qrupları üzrə 600 dən yuxarı bal toplayıblar.

Məlum olduğu kimi bu il ölkə ərazisində "COVİD 19" pandemiyasıyla əlaqədar təhsil müəssisələrinin fəaliyyəti mart ayından dayandırılmışdır. Dərslərin əyani keçirilməsinin dayandırılması, virtual dərslərin keçirilməsində yaranan çətinliklərə baxmayaraq məzunlarımız bu ildə buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstəriblər.

   II və III ixtisas qrupları üzrə 600 dən yuxarı bal toplayan məzunlarımızı təqdim edirik.

1.Orucova Aysel  650 bal- Şəhər 8 nömrəli tam orta məktəb

2.Hacızadə Şəbnəm  631 bal- Aran qəsəbə 2 nömrəli tam orta məktəb

3.Hüseynli Pərvin 604 bal-  Xaldan kənd tam orta məktəb

4.Məhərrəmli Səadət 600 bal-  Şəhər 2 nömrəli tam orta məktəb.

5.Hacıyev Xaqan  600 bal-  İrəvanlı qəsəbə kənd tam orta məktəb

   Məzunlarımıza gələcək seçimlərində uğurlar arzulayırıq.

 

 


Açar sözlər: ,