02.09.2020

Ümumtəhsil məktəb rəhbərlərinin iştirakı ilə video konfrans keçirildi

    01 sentyabr 2020-ci il tarixdə rayonun Ümumtəhsil məktəb rəhbərlərinin iştirakı ilə video konfrans keçirildi.

Keçirilən onlayn  konfransa Şəhər Təhsil şöbəsinin müdiri Namidə Abbasova, ŞTŞ-nın əməkdaşları və bütün məktəb direktorları qoşuldu. Təhsil şöbəsinin müdiri N.Abbasova çıxış edərək keçirilən konfransın məqsədi barədə məlumat verdi. Bildirdiki, 29 avqust 2020-ci il tarixdə Təhsil Nazirliyi rayon Təhsil şöbələrinin rəhbərlərinin iştirakı ilə 2020-2021 tədris ilinə hazırlıqla bağlı video konfransı keçirilib. Konfransda  Yeni tədris ilində pandemiya şəraitinə uyğun təhsil müəssisələrinin fəaliyyətinin təşkili qaydaları, müəssələrdə şagird sıxlığı və digər məsələlər müzakirə olunub.

   N.Abbasova məktəb rəhbərlərinə ibtidai siniflərdə şagird sıxlığının nəzərə alınaraq  əyani dərslərin həftədə 2 və ya 3 dəfə keçirilməsini planlaşdırəlmasını, həmçinin müəllim və şagirdlərlə  sanitar gigiyenik qaydalara bağlı təbliğatı işlərinin aparılması  tapşırıldı. Konfransda məktəb direktorlarının qeyd olunan məsələlərlə bağlı səsləndirdikləri suallar cavablandırıldı.


Açar sözlər: