2020-2021-ci tədris ilinin başlanmasıyla əlaqədar ümumtəhsil məktəblərində hazırlıq işləri aparılır.
Yeni dərs ilinin başlanmasıyla əlaqədar rayonun bütün ümumtəhsil məktəblərinin sinif otaqlarında,binaların fasad hissələrində,həyatyanı sahələrdə cari təmir işləri aparılır. Məlum epidemioloji vəziiyətlə əlaqədar ilk dərs günündə yalnız 1-4 cü sinif şagirdlərin məktəblərə əyani olaraq gələcəkləri üçün həmin siniflərdə şagirdlər arasında sosial məsafə saxlanması məqsədiylə partaların yerləşdirilməsi aparılır.Məktəblərdə müəllim və şagirdlərin sanitar-gigiyenik normalara necə riayət edilməsi barədə məlumat lövhələri asılır. Binalarda su və kanalizasiya sistemlərində yaranan nasazlıqlar aradan qaldırılır.
Yeni tədris ilinə hazırlıqla bağlı işlər sentyabr ayının 15 nə kimi yekunlaşacaqdır.