29 yanvar 2020-ci il tarixdə Şəhər Təhsil şöbəsinin əməkdaşları tərəfindən 1 fevral tarixdə dərslərin əyani formada başlanılması ilə əlaqədar ümumtəhsil məktəblərində hazırlıq işlərinə baxılmışdır.
Məktəblərdə " Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim -tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları "na uyğun olaraq görülmüş işlərin vəziyyətinə yerində baxılmış,bəzi nöqsanların həll olunması üçün tapşırıqlar verilmişdir. Ümumilikdə Şəhər Təhsil şöbəsi üzrə ümumtəhsil məktəbləri 1 fevral tədris və təlim-tərbiyə presesinin əyani formada başlanılmasına tam hazırdır.