10.02.2021

Respublika Fənn Olimpiadasının rayon(şəhər) mərhələsinin keçirilməsinə başlanıldı

        10 Fevral 2021-ci il tarixdə Şəhər Təhsil Şöbəsi üzrə  ümumtəhsil məktəblərində təhsil alan IX, X və XI sinif şagirdlərinin, eyni zamanda xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirakı ilə RFO-nun rayon(şəhər) mərhələsində Kimya və Riyaziyyat fənləri üzrə  106 nəfər şagird iştirak edirdi.Olimpiadaların təşkili şəhər 2 nömrəli tam orta məktəbdə aparılır.

          11 fevral 2021-ci il tarixində fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə, 12 fevral 2021-ci il tarixində isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.           

            Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.


Açar sözlər: ,  ,