12.02.2021

Respublika Fənn Olimpiadasının rayon(şəhər) mərhələsi uğurla başa çatdı

       12 Fevral 2021-ci il tarixdə Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə Respublika fənn olmipiadalarının rayon(şəhər) mərhələsi keçirildi.

   Yevlax Şəhəri üzrə olimpiada bir mərkəzdə - şəhər 2 nömrəli tam orta məktəbdə keçirilib. Şagirdlər fevralın 10-da riyaziyyat və kimya,fevralın 11-də coğrafiya,biologiya,fizika,informatika fənləri üzrə olimpiadaya qatılıblar.Ümumilikdə rayon üzrə 402 nəfər şagird olimpiadada iştirak edib.

    Qeyd edək ki,Respublika fənn olimpiadalarının  9-11-ci  sinif şagirdləri arasında keçirilməsinə baxmayararaq, xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdlərinin də iştirakına şərait yaradılmışdır.Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, fənlərin dərindən öyrənilməsinə marağın  artırılması,bilik və bacarığı,eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarət olmuşdur.

     


Açar sözlər: