03.03.2021

41 şagird olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb

       

        Yevlax Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan IX, X və XI sinif şagirdlərinin, eyni zamanda xüsusi istedada malik VIII sinif şagirdlərinin iştirakı ilə keçirilən Respublika fənn olimpiadalarının birinci - rayon(şəhər) mərhələsinin nəticələri məlum olub.

        Fənn olimpiadalarının birinci - rayon(şəhər) mərhələsində Yevlax şəhəri üzrə 41 şagird olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.      

       Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.