17.03.2021

“Nizami Gəncəvi İli”nə həsr edilən tədbirlər və sərgilər keçirilir

       Prezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın  icrası ilə əlaqədar  Yevlax Şəhər Təhsil Şöbəsi üzrə ümumtəhsil məktəblərində tədbirlər keçirilir və sərgilər təşkil edilir.

       Tədbir və sərgilərin təşkil edilməsində əsas məqsəd şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılmasından ibarətdir.

Tədbirlərdə şagirdlərin ifasında Nizami Gəncəvi yaradıcılığından seçmələr səhnələşdirilərək təqdim olunub. Həmçinin dahi sənətkarın şeirləri səsləndirilib.


Açar sözlər: ,  ,  ,