30.03.2021

Təhsil sahəsində Azərbaycan-Türkiyə birliyi

       18 Mart 2021-ci il tarixdə Yevlax Şəhər Təhsil Şöbəsi və Türkiyə "Eğitim-Bir-Sen Eğitimlər Birliyi Sendikası Samsun 1 Nolu Şubesi"nin birgə əməkdaşlığı ilə "Çanakkale Zaferinin 106-cı ildönümünə həsr olunmuş Şiir Okuma Yarışması"keçirilmişdir.

        Ümumilikdə müsabiqədə "ZOOM" tətbiqi üzərindən 1167 nəfər  Yevlax Şəhər Təhsil Şöbəsi üzrə ümumtəhsil məktəblərindən 55 nəfər şagird iştirak edirdi.Müsabiqədə iştirak edən şagirdlərimizdən 2 nəfər I,1 nəfər III, 1 nəfər IV yer qazanaraq Sertifikatlar və Pul mükafatları ilə təltif olunmuşdur. Sertifikatlar və Pul mükafatları ŞTŞ-nin əməkdaşları tərəfindən şagirdlərə təqdim olundu.

        Yevlax Şəhər Təhsil Şöbəsi və Türkiyə "Eğitim-Bir-Sen Eğitimlər Birliyi Sendikası Samsun 1 Nolu Şubesi" ilə  əməkdaşlığımız növbəti əlaqələrin qurulmasına yeni töhvələr verəcək.Şagirdlərimizi təbrik edir yeni yeni uğurlar arzu edirik.

 

I yer --- Pərvin Bəşirzadə-900 TL (195 AZN)-Yevlax Şəhər 5 nömrəli tam orta məktəb

I yer --- Aysu Talıbova-900 TL(195 AZN)-Yevlax Rayon Tanrıqulular kənd tam orta məktəb

III yer --- İpək Hüseynova-300 TL(65 AZN)-Yevlax Şəhər Aran qəsəbə 1 nömrəli tam orta məktəb

IV yer --- Günay Süleymanova-200 TL(45 AZN)-Yevlax Şəhər Uşaq Gənclər İnkişaf Mərkəzi

 

 


Açar sözlər: ,