30.03.2021

“Ən yaxşı təqdimat” müsabiqəsi keçirildi

 

        30 mart 2021-ci il tarixdə Yevlax Şəhər Təhsil Şöbəsinin tabeliyində  olan ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi keçirildi.

        Müsabiqə iştirakçılarının təqdimatında sərbəstlik,təqdimatçının lüğət ehtiyatının zənginliyi, çıxış etdiyi mövzu ilə bağlı dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, irəli sürdüyü fikirləri faktlarla əsaslandırması, danışdığı mövzu ilə bağlı şəxsi mülahizələrini bildirməsi və yaradıcılıq səviyyəsi,meyarlar üzrə qiymətləndirildi.


Açar sözlər: