05.04.2021

Ermənistan bütün dövrlərdə qeyri-konstruktiv və irrasional mövqe nümayiş etdirib

        Tarixi dövrlərə nəzər yetirdikdə,ermənilərin Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin mövcud olduğu dilbər güşələrində məskunlaşdırılması XIX əsrin ortalarından etibarən Rusiya İmperiyasının şəxsi maraqlarına xidmət göstərən məkirli siyasətin tərkib hissəsi idi.Tarixi köklərə sahib olmayan köçəri "Hay" tayfaları məskunlaşdığı ərazilərdə "özününkiləşdirmə" siyasəti həyata keçirməyə çalışaraq xalqımıza,ərazi bütövlüyümüzə qarşı hər zaman əsassız ərazi iddiaları irəli sürüblər.

        Azərbaycanlılar 1905-1906-cı,1918-1920-ci,1948-1953-cü illərdə indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər.Yalnız 1948-53-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi ata-baba yurdlarından kütləvi sürətdə və zorakılıqla sürgün olunub.Bu zaman minlərlə insan ,o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə,fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub.

        I Qarabağ müharibəsindən sonra 1994-cü il mayın 12 də "Atəşkəsə dair"razılıq əldə olundu.Bu vaxta qədər Ermənistan hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi (Xankəndi şəhəri,Xocalı,Şuşa,Laçın,Xocavənd,Kəlbəcər,Ağdam,Füzuli,Cəbrayıl,Qubadlı,Zəngilan,Tərtər rayonun 13,Qazax rayonun 7,Naxçıvan Sədərək rayonun isə 1 kəndi  Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.

        Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb,20 min nəfər hərbi əməliyyatlar zamanı həlak olub ,50 min nəfər əlil olub,münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb.Onlar arasında 67 uşaq,265,qadın,326 qoca olub və bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur.2 mindən cox azərbaycanlı ermənilər tərəfindən girov götürülmüşdür.

        Ermənilər milli-mədəni dəyərlərimizə də ciddi zərbə vurmuşdurlar.Belə ki,1988-1993-cü illərdə Qarabağda ümumilikdə 900 yaşayış məntəqəsi,150 min ev,7 min ictimai bina,693 məktəb,855 uşaq baxçası,695 tibb müəssisəsi,927 kitabxana,44 məbəd,9 məscid,473 tarixi abidə,saray və muzeylər,40 min muzey eksponatı,160 körpü və digər infrastruktur obyektləri vəhşicəsinə dağıdılmışdır.

        Azərbaycan xalqına qarşı törədilən erməni cinayətkarlığı Beynəlxalq Təşkilatlar tərəfindən hər zaman pislənilib,qətnamə və qərarlar qəbul olunub.Təəssüflər olsun ki,bu qərar və qətnamələr kağız üzərində qalaraq icrasının həyata keçirilməsi üçün heç bir tədbir görülməmişdir.

        BMT Təhlükəsizlik şurasının 4 qətnaməsi erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını dərhal,tam və qeyd-şərtsiz çixarılmasını tələb edirdi.Digər Beynəlxalq təşkilatların qərar və qətnamələri Azərbaycanın mövqeyini dəstəkləyirdi və bunun çox siyasi və hüquqi qüvvəsi olmasına baxmayaraq münaqişənin həllinə xidmət etmirdi.

        ATƏT,Qoşulmama Hərəkatı,İslam Əməkdaşlıq Təşkilatı,Avropa Parlamenti,Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə etmişdirlər

        2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan yenə hərbi təxribata əl ataraq aprelin 2 də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri o cümlədən məktəblər,xəstəxanalar və ibadət yerlərini ağır silahlardan ataşə tutub.Təxribat nəticəsində 6 nəfər həlak olub 33 nəfər isə ağır yaralanmışdır.Aprel döyüşləri zamanı Azərbaycan ordusu düşmənə layiqli cavab verərək bir sıra əraziləri işğaldan azad etmişdir.

        2017-ci ilin Fevral ayinda növbəti dəfə siyasi və hərbi təxribatlara əl atan Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni "referendum" keçirərək danışıqlar prossesinə zərbə vurmuşdur.

        Nəhayət,erməni xisləti və təcavüzkar siyasəti 2020-ci ilin iyul ayında Cəbhənin Tovuz istiqamətində hərbi təxribatların törədilməsi,ərazi bütövlüyümüzə kəşfiyyat-diversiya quruplarının göndərilməsi Erməni hərbi-siyasi rəhbərliyinin münaqişənin siyasi həllində marağının olmadığını beynəlxalq aləmə nümayiş etdirdi.

        2020-ci il Sentyabr ayının 27 günü erməni silahlı qüvvələrinin hərbi təxribatına qarşı cavab olaraq döyüş əməliyyatına başlayan Müzəffər Azərbaycan ordusu köçəri "Hay"tayfalarının illər ərzində sözün əsl mənasında "nazı"ilə oynayan qədim və zəngin,milli-mənəvi dəyərlərə,dövlətçilik tarixinə malik olan Azərbaycan Ali Baş komandanının və onun ətrafında ordusu ilə birlikdə  əsgər kimi dayanan xalqının gücü,birliyi və mübarizliyini gördü.44 gün davam edən Vətən müharibəsi Ermənistan ordusu haqqında mifləri darmadağın etdi və Ermənistan kapituliyasiya aktını imzalamağa məcbur oldu.Döyüşlər eyni zamanda beynəlxalaq siyasi sferada da aparılırdı.Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin dünya ölkələrindən olan jurnalistlərə tarixi faktlarla dərs keçməsi,beynəlxalq ictimaiyyətə əsl Türk sərkərdəsi qəttiyyətini nümayiş etdirdi.

        Yaşasın Ali Baş Komandan!,Yaşasın Müzəffər Azərbaycan ordusu!,Yaşaasın Azərbaycan Xalqı!

         QARABAĞ AZƏRBAYCANDIR!

 

Yevlax Şəhər Təhsil Şöbəsinin Aparıcı Məsləhətçisi-- Ümidvar Mamedov