20.04.2021

Gənc nəsil tarixi həqiqətləri bilməlidir

 

           

    Ümumilli Lider,Ulu öndər  Heydər Əliyev   demişdir׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik" 

    Bu gün müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Cənc nəslin tarixi həqiqətləri bilməsi üçün bu gün birmənalı şəkildə hər bir vətəndaş səfərbər olmalı,nankor qonşularımız olan ermənilərin ölkəmizə olan xəyanətkar münasibətlərinin ağır fəsadlarını gənc nəslə aşılanmasını  təmin etməlidir. Bunun üçün təhsil müəssisələrində müəllimlər əllərindən gələni əsirgəməməlidir. Hazırda ölkədə gənclərin vətənpərvərliklə bağlı həm ali, həm də orta məktəblərdə müxtəlif dövlət qurumları tərəfindən işlər görülür. Məhz görülən işlərin nəticəsidir ki, gənclərimizin vətənə olan məhəbbəti doğma torpaqlarımızın azad olunmasında öz töhfəsini verdi.  

     Azərbaycan tarixinin müasir dövrünə aid hissəsində yeniliklər edilməlidir. yaxşı olardı 

ki,gələcəkdəAzərbaycan milli ordisunun qəhrəmanlıq tarixi,müvəffəqiyyətləri, Qarabağda göstərdiyi qəhrəmanlıqlar daha çox təbliğ olunsun. Gənc nəsil tarixi həqiqətlərlə formalaşmalıdır..

     Cənab Ali Baş Komandanımız ,ölkə prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında doğma torpaqların azad edilməsi istiqamətində apardığı xarici siyasətin bəhrəsi olan 44 günlük “Vətən müharibəsi” buna ən gözəl misal ola bilər. Azərbaycan xalqı böyük və zəngin tarixə malik xalqdır. Və bizim vətən qarşısında mənəvi borcumuz hər zaman Azərbaycan gəncinin bilikli,savadlı vətənpərvər ruhda tərbiyə olunmasındadır.

  Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hər bir şəhid qarşısında baş əyirik

Yevlax rayon Səmədabad kənd tam orta məktəbin direktoru-Səxavət İsmayılov