26-27 aprel tarixlərində ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirildi.
Müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilir.
Yevlax Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən müsabiqədə VI siniflər riyaziyyat və ya informatika fənlərindən 190 nəfər şagird, VII siniflər isə kimya, fizika və ya biologiya fənlərindən 147 nəfər şagird iştirak etdi.
Məlumat üçün qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi akademik cəhətdən istedadlı olan şagirdlərin aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərin dərindən öyrənilməsinə marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.
Müsabiqədə iştirak edən hər bir şagirdə uğurlar arzu edirik.