22 may 2021-ci il tarixdə Yevlax Şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəbin biologiya müəllimi Sevinc Quliyevanın təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək" adlı onlayn tədbir keçirilmişdir.Tədbirdə ŞTŞ-nin əməkdaşları Mirtaleh İsmayılzadə,Ümidvar Mamedov,məktəbin direktoru Zərxanım Əhmədova və direktor müavinləri iştirak edirdi.
İlk olaraq Sevinc Quliyeva şagirdlərə narkomaniyanın törətdiyi fəsadlar haqqında geniş məlumat verdi.Sonra VIII sinif şagirdlərinin hazırladığı divar qəzetləri və məlumatlar tədbir iştirakçılarına çatdırıldı.ŞTŞ-nin əməkdaşları narkomaniyanın törətdiyi fəsadlar və maarifləndirmə işinin təşkili ilə bağlı öz tövsiyələrini verdilər.