31.05.2021

Yevlax Rayon Təhsil Şöbəsində  növbəti təhsilyanı şura iclası keçirildi

      31 may 2021-ci il tarixdə  Yevlax Rayon Təhsil Şöbəsində  növbəti təhsilyanı şura iclası keçirildi

      İclasda şəhər məktəblərində evdə təhsilə cəlb olunmuş şagirdlərin tədris prosesinin monitorinqi müzakirəyə çıxarılmışdır. Arayışlara baxılmış nöqsanlar və üstünlüklər təhlil edilmişdir. Məktəb rəhbərlərinə müəyyən nöqsanların aradan qaldırılmasına dair tövsiyyələr verilmişdir.

      Bir daha xatırladaq ki, məktəblərdə monitorinqlərin aparılması təhsil şöbəsinin iş planına uyğun həyata keçirilir .


Açar sözlər: ,  ,