Konfransda Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova,Təhsil Nazirliyinin Lisey,gimnaziya və özəl ümumtəhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev,Təhsil İnistutunun əlavə təhsilin məzmunu şöbəsinin müdiri Könül Nəhmətova,qeyd edilən rayon təhsil şöbələrinin müdirləri və əməkdaşları,ümumtəhsil məktəb rəhbərləri iştirak edirdi.
Konfrans Azərbaycan Respublikası Dövlət himnin səsləndirilməsi ilə başladı.
Konfransda Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayevin adıçəkilən rayonların ötən tədris ili üzrə fəaliyyəti barədə,Təhsil İnistutunun əlavə təhsil şöbəsinin müdiri Könül Nəhmətova əlavə təhsil və ixtisasartırma kurslarının təşkili haqqında çıxışları dinlənildi.
Konfrans müzakirələrlə davam etdirilərək,təhsil işçilərini maraqlandıran suallar cavablandırıldı.