15.09.2021

Yevlax Rayonunda yeni tikilən məktəb binasının açılışı oldu

  15 Sentyabr 2021-ci il tarixdə  Yevlax rayon Rövşən Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbinin yeni tikilmiş binasının açılışı oldu.

    Açılış mərasimində  Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova,Təhsil Nazirliyinin Lisey,gimnaziya və özəl ümumtəhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev,9 saylı ƏMHM-nin rəisi Elçin Həsənzadə və Yevlax Şəhər Təhsil Şöbəsinin müdiri Namidə Abbasova iştirak etdi.

   Bildirildi ki,yeni tikilmiş məktəb 432 şagird yerlikdir.18 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya,2 texnologiya,informatika,gənclərin çağırışaqədərki hazırlığı kabineti,akt zalı,idman zalı,kitabxana və bufet fəaliyyət göstərəcək.Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təhciz edilib,həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.

   2021-2022-ci tədris ilində təhsil müəssisəsində 415 şagird,məktəbəhazırlıq qrupunda isə 40 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır.

   Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə tanış oldular.


Açar sözlər: ,  ,