29.10.2022

Şagird davranış qaydaları müzakirə olunub

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri və valideynlərin iştirakı ilə Elm və Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılmış şagird davranış qaydalarının müzakirəsi aparılıb.

Görüşdə məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib.


Açar sözlər: ,