03.11.2022

Direktorların işə qəbuluna başlanılır

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində şagird sayı 500-dək olan, direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu ilə bağlı sənəd qəbuluna başlanılır.

 

Namizədlər 10-14 noyabr tarixlərində (iş günləri ərzində) saat 09:30-dan 18:00-dək aşağıda qeyd olunan sənədləri Mərkəzi Aran Regional Təhsil İdarəsində təşkil olunmuş komissiyaya təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

 

Tələb olunan sənədlər:

- şəxsiyyət vəsiqəsinin surəti;

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- əmək kitabçasının surəti;

- ali təhsil haqqında sənədin və əlavənin surəti.

 

Əlavə olaraq bildiririk ki, şagird sayı 150-dək olan məktəblər üzrə müraciət edən namizədlərlə yalnız müsahibə, şagird sayı 151-500 arası olan məktəblərə müraciət edən namizədlərə isə əvvəlcə test imtahanı, test imtahanından uğur qazanan namizədlərlə növbəti mərhələdə müsahibə təşkil ediləcəkdir.

 

Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.

 

Namizədlər üçün tələblər:

- Pedaqoji ixtisas üzrə ali təhsil;

- 5 ildən az olmayaraq pedaqoji staj;

- Hazırda ümumi təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərən şəxslər.

 

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeçiliyində şagird sayı 500-dək olan, direktor vəzifəsi hazırda vakant olan ümumi təhsil müəssisələri barədə məlumatlara aşağıdakı keçid linki vasitəsilə tanış ola bilərsiz.

 

Keçid linki:

 

Şagird sayı 150-dək olan məktəblər

 

Şagird sayı 151-500-dək olan məktəblər


Açar sözlər: ,