Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta və tam orta təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu davam edir. Sənəd qəbulu dekabrın 9-dək davam edəcək.
Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxslər müvafiq sənədləri Mərkəzi Aran Regional Təhsil İdarəsinə yaxınlaşaraq təqdim edə və ya musabiqe@yevlakh.edu.gov.az elektron poçt ünvanına skan olunmuş formada göndərə bilərlər.
Qeyd edək ki, ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.
Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər. Əlavə sualı olan vətəndaşlar Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin (+99422) 336-33-84 əlaqə nömrəsinə zəng etməklə məlumat ala bilərlər.
Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. İmtahanlarında uğur qazanmış eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar.
Xüsusi qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə eksternat qaydada imtahanlarda iştirak barədə ərizə təsdiq edilməyəcək və ərizəçinin əlaqə nömrəsinə bu barədə müvafiq bildiriş göndəriləcəkdir.
Tam orta təhsil səviyyəsi üzrə ərizə