Oktyabrın 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalan şagirdlər arasında “Mənim kitabımı dostum oxusun!” adlı layihəyə start verilib.
Layihənin əsas məqsədi məktəblilər arasında mütaliə mədəniyyəti və oxu vərdişini inkişaf etdirmək, onların kitaba marağını daha da artırmaq, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdan ibarətdir.
Qeyd edək ki, 2 ay müddətində keçirilməsi nəzərdə tutulan layihəyə noyabr ayı ərzində 12 minə yaxın kitab təqdim olunub.
Layihə boyunca şagirdlər evlərindəki kitablarını məktəbə təqdim edib və təqdim olunan digər kitablardan götürürək öz mütaliəsini genişləndiriblər. Bundan əlavə təhsil müəssisələrində şagirdlər üçün günün xüsusi saatlarında ədəbi-bədii gecələr, Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən müzakirələr, “dəyirmi masalar” təşkil edilib.