01.12.2022

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin vaxtı açıqlanıb

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçiriləcək.

Müsahibələrin 05-20 dekabr tarixləri aralığında Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən müsabiqənin test imtahanı mərhələsində iştirak etmiş 73 namizəddən 53 nəfəri müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Əlavə olaraq bildiririk ki, cari il üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanlarında keçid balını toplamış və eyni zamanda şagird sayı 150-dək olan və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələri üzrə qeydiyyatdan keçmiş namizədlər müvafiq prosesdə yalnız müsahibə mərhələsində iştirak edəcəklər.

Həmçinin test imtahanı mərhələsinin nəticələri barədə namizədlərin əlaqə nömrələrinə SMS bildiriş göndərilib.

Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,