02.12.2022

Ağdaşda “Narkomaniyaya yox deyək!" mövzusunda inşa müsabiqəsi keçirilib

Noyabrın 25-də Ağdaş şəhəri S.Vurğun adına 1 nömrəli tam orta məktəbdə ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında “Narkomaniyaya yox deyək!" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

İki mərhələdə keçirilən müsabiqədə 60-dan çox şagird iştirak edib.

Müsabiqənin məqsədi şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.

Sonda qalib olan şagirdlər Ağdaş rayonu üzrə təhsil sektoru tərəfindən Fəxri Fərmanla təltif olunublar.


Açar sözlər: ,  ,