08.12.2022

Çağrı Mərkəzinə 67 müraciət daxil olub

Mərkəzi Aran Regional Təhsil İdarəsində fəaliyyətə başlayan “146-0-3” nömrəli Çağrı Mərkəzinə cari dövr ərzində aidiyyatı üzrə 67 müraciət daxil olub.

Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Daxil olan müraciətlər təhsilalanların elektron yerdəyişməsi, işə qəbul, eksternant imtahanların təşkili, informasiya təminatı və digər məsələləri əhatə edib.

Qeyd edək ki, sözügedən Çağrı Mərkəzi noyabrın 28-dən fəaliyyətə başlayıb və Mərkəzi Aran Regional Təhsil İdarəsinə daxil olan təhsil müəssisələri ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün nəzərdə tutulub.  


Açar sözlər: