09.12.2022

Eksternat imtahanlara sənəd qəbulu yekunlaşır

Ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə üzrə eksternat imtahanlarına sənəd qəbulu dekabrın 9-u saat 17:00-da başa çatır.

 Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər müvafiq sənədləri Mərkəzi Aran Regional Təhsil İdarəsinə yaxınlaşaraq təqdim edə və ya musabiqe@yevlakh.edu.gov.az elektron poçt ünvanına skan olunmuş formada göndərə bilərlər.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə aralıq imtahanlarında uğur qazandıqdan sonra buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Xüsusi qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə eksternat qaydada imtahanlarda iştirak barədə ərizə təsdiq edilməyəcək və ərizəçinin əlaqə nömrəsinə bu barədə müvafiq bildiriş göndəriləcəkdir.

Əlavə sualı olan vətəndaşlar Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-0-3) zəng etməklə məlumat ala bilərlər.

 


Açar sözlər: